Cəmiyyətə mənfi nümunə olan “Tik-tok” fenomenləri – Onlar niyə izlənilirlər? - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Cəmiyyətə mənfi nümunə olan “Tik-tok” fenomenləri – Onlar niyə izlənilirlər? - ŞƏRH

Ayşən İsmayılova10:30 - 08 / 09 / 2023
Cəmiyyətə mənfi nümunə olan “Tik-tok” fenomenləri – Onlar niyə izlənilirlər? - ŞƏRH

2018-ci ilin yanvar ayında Çində virtual dünyaya “Tik-tok” adında yeni bir sosial şəbəkə göz açdı.

Dodaqla səsin sinxron hərəkəti, duet, canlı yayım və asanlıqla pul qazanmaq kimi xüsusiyyətləri olan bu körpə platforma çox keçmədən sarmaşıq kimi bütün dünyanı, o cümlədən ölkəmizi ağuşuna alaraq nəhəng bir populyarlıq qazandı. Bu populyarlıq nəinki “Tik-tok” istifadəçilərinə, həmçinin “Tik-tok” istifadə etməyənlərə də yeni insanlar tanıtdı. Hətta iş o yerə gəlib çatıb ki, insanlar küçədə “Tik-tok”erləri görəndə onlara yaxınlaşıb “selfie”lər çəkdirməyə, nə isə alıb hədiyyə etməyə can atırlar. Bəzi valideynlər isə həmin anları “ölümsüzləşdirmək” istəyir və övladları ilə “Tik-tok”erləri eyni kadra salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Bəs övladlarımız gələcəkdə “Tik-tok” “fenomen”lərinin fanatı olan valideynlərindən nə görüb-götürəcək? İnsanlar nə üçün vaxtlarını uşaqlarına ayırmaq yerinə canlı yayımlar açıb “ağzını Allah yoluna qoyan”, övladlarının yanında söyüş söyməkdən çəkinməyən, keçmiş ailə üzvlərini yıxıb-sürüyərək subay xanımlara Dədə Qorqud öyüdləritək “dəyərli” öyüdlər verən, bəzən isə həddini aşaraq şəhidlərimizə, himnimizə və bayrağımıza dil uzadan insanlara bu qədər maraq göstərirlər? Söyüş söyməkdən, qışqırmaq, dalaşmaq, soyunmaq və yüngül həyat təzini nümayiş etdirməkdən savayı heç nə etməyən bu insanların özlərini ceyranın belinə qoymağının və cəmiyyət tərəfindən dünya ulduzu kimi qarşılanmağının səbəbi nədir?

Mövzu ilə bağlı 1news.az-a açıqlama verən “Azxeber.com”un redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Azərbaycanda “Tik-tok” fenomenlərinin öz bayağı həyatları, qeyri-etik addımları, söyüş və təhqirləri ilə məşhurlaşırdıqlarını söyləyib:

“Bu gün Azərbaycanda ən çox istifadə olunan və ən məşhur sosial şəbəkə “Tik-tok”dur. Gün ərzində 4 milyondan çox istifadəçi Azərbaycandan “Tik-tok”a daxil olur. “Tik-tok”da formalaşan bəzi şəxslər var ki, özlərinə “fenomen” deyirlər və çox böyük kütləni ətraflarında birləşdirə bilirlər. Amma təəssüf ki, bəzi hallarda görürük ki, “fenomen” dediyimiz bu şəxslər heç bir ictimai, dövlət və dövlətçilik maraqlarından iştirak etmirlər. Sadəcə olaraq öz bayağı həyatları, qeyri-etik addımlar, söyüşlər və təhqirlərlə məşhurlaşırlar. Bununla da, geniş kütləni ətraflarında birləşdirə bilirlər. Belə insanların sayı həddindən çoxdur. Təəssüf ki, cəmiyyətimiz onları qınasa da, izləyir. “Tik-tok”da ən çox izləyicisi olanlar yüngül həyat tərzi keçirən, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan şəxslərdir. Maraqlısı odur ki, cəmiyyətə heç bir nümunə ola bilməyən şəxslər “Tik-tok” fenomeninə çevrilirlər. Hüquq-mühafizə orqanları onları saxlayır, həbs edir, cəzalandırır. Lakin həbsdən çıxandan sonra öz yollarını davam etdirirlər”.

Azərbaycanda da dünyada olduğu kimi “Tik-tok” fenomenlərinin sırf hansısa bir peşə üzrə məşhurlaşan, öz işlərini göstərən, cəmiyyətə yaxşı nümunə ola bilən şəxslər olmasını istədiyini qeyd edən H.Heydərli “Tik-tok”un dövlətimiz və ordumuz üçün yarada biləcəyi təhlükələrdən də söz açıb:

“Orada həm də dövlətçilik, əsgərlərimiz və ordumuz üçün təhdid ola biləcək videolar yayımlanır. “Tik-tok” fenomenləri olan şəxslər isə susurlar. Niyə görə susurlar? Siz bu qədər pul qazanırsınız, bu qədər kütləni ətrafınızda birləşdirmisiniz. Bir çağırışın edin. Dövlət və hərbi sirri yaymaq olmaz. Çünki bu tip məlumatlar paylaşmaq bizim əsgərlərimizin həyatını risk altında qoyur. Amma onlar öz keflərindədir. Sanki Azərbaycanda baş verən hadisələrin onlara aidiyyəti yoxdur”.

H.Heydərli digər ölkələrdəki “Tik-tok”erdən nümunə göstərərək bu cür insanların “fenomen” olmasının doğru olduğunu deyib:

“Xaricdə Qazaxıstanı nümunə göstərə bilərik. Orada sağlam kontent yaradan “Tik-tok”erlərə maliyyə ayrılır ki, təhsillə, elm və ya gənclərin sağlam inkişafı ilə bağlı layihələr ortaya qoysun. Azərbaycanda bu olmadığı müddətdə bayağı həyat sürən, övladlarını aşağılayan, söyüşlə danışan, bir-birinə qışqıran insanlara maraq artacaq. Bu məsələ ilə bağlı cəmiyyətimizi də qınamaq lazımdır. Əgər bu adamlar cəmiyyət tərəfində ciddi qəbul olunmursa, niyə canlı yayımlarına bu qədər insan qatılır?

Cəmiyyətimizdə kim çox tənqid edilir, üstünə gedilirsə, onlara maraq artır. Xüsusəsən də cinsi azlıq nümayəndələri, eyni zamanda yüngül həyat təzi keçirən lər ön planda olurlar. Məsələn, mən baxıram ki, adi bir insandır, rayonda yaşayır və yüngül həyat təzi keçirir. “Tik-tok”da canlı yayım açır, onu 20-25 min insan izləyir. 20-25 min insan onu niyə izləyir? Düşünürəm ki, bunun səbəbləri təhsillə bağlıdır. Bununla yanaşı onlara alternativ olaraq ciddi bir kontent ortaya qoyulmur. İnsanlar olanların içində ən yaxşını seçirlər. Bu baxımdan da, dövlət qurumları, Elm və Təhsil Nazirliyi “Tik-tok”da kontenti dəyişməkdə maraqlı olmalıdır. Ola bilməz ki, hər kəsin maraq dairəsi bu adamlar olsun. Sadəcə olaraq alternativ və daha sağlam, maarifləndirici kontent görmədikləri üçün məcbur olub öz vaxtlarını onların canlı yayımında keçirirlər”.

O, son olaraq “Tik-tok”erlərə səslənərək onları dövlət və cəmiyyətlə bağlı məsələlərə həssas yanaşmağa çağırıb:

“Buradan “Tik-tok” fenomenlərinə müraciət etmək istəyirəm ki, bir az həssas olsunlar. Ölkəmizdə bu qədər hadisə baş verir, amma heç bir şeyə reaksiya vermirlər. Onlar isə robot kimi fəaliyyət göstərirlər. Yalnız ciblərini, pul qazanmağı düşünürlər. Bu cür laqeyd münasibət göstərən insanlarla bağlı bir tədbir görülsün”.

Məsələyə münasibət bildirən psixoloq Gülnar Orucova isə “Tik-tok”un cəmiyyətimizdə geniş kütləni əhatə edə bilməsində başlıca səbəb kimi onun asan qazanc mənbəyi olmasını göstərib:

“Son vaxtlar insanlar sosial şəbəkələrə daha çox aludə olublar. İnsanların əlində bütün gün telefon olur və bütün gün “Tik-tok”a baxırlar. “Tik-tok”a yaşlı nəsil də girir, uşaqlar da. Niyə digər sosial şəbəkələrdə deyillər? Niyə hər kəs “Tik-tok”dadır? Çünki “Tik-tok”da paylaşılan videolara müəyyən qədər baxış olduqdan sonra onlara pul gəlir. Və ya oyunlar oynayırlar və qazananlar gəlir əldə edir. Həmçinin onlara kimlərsə hədiyyələr atır. Əvvəllər sosial şəbəkələrə daha çox tanışlıq məqsədilə girirdilər, amma indi məhz pul məqsədilə girirlər”.

Psixoloq həmçinin “Tik-tok”da canlı yayım açıb ağzını marçıldada-marçıldada yemək yeyərək "qızıl xırdalayan" "fenomen"lərdən də söz açıb:

“Bəzən baxırıq ki, qabaqlarına yemək qoyub yeyə-yeyə danışmağa başlayırlar. Yemək yemək mədəniyyətdir. Bu zaman etik normalara riayyət etmək lazımdır. Yemək yeyərkən diqqəti telefon və ya televizora yönəltmək olmaz. Çünki insanda doyma siqnalı gec əmələ gəlir və daha çox yemək yeyirsən. Bu halda insan hətta obez də ola bilər. “Tik-tok”da canlı yayım açıb yemək yeməyimiz onu izləyənlərə hörmətsizliyimizdir. Bəlkə kiminsə evində var, kiminsə evində yoxdur. Biz niyə sənin yediyin yeməyi izləməliyik?”

@capcut.555 #baboş #ekrankaydı #jabbarov #aşk #sevgi #love #tiktok #kesfet #kesfett #kesfetteyiz ♬ orijinal ses - Şebnem M_ova

G.Orucova son olaraq “Tik-tok”a aludə olan valideynlərdən və “Tik-tok”erlərə pərəstiş edilməsi məsələlərinə toxunub:

“Ümumiyyətlə “Tik-tok”un izləyici kütləsi zəifdir. Kimlərsə ora pul qazanmaq məqsədilə girir, kimlərsə də boş vaxtını doldurmaq məqsədilə. “Tik-tok”a aludə olan insanların uşaqlarının tərbiyəsində müəyyən problemlər ortaya çıxacaq. Çünki valideyn bütün gün “Tik-tok”da ancaq pul qazanmaq istəyir. Hərə bir söz yazanda isə aqressiv şəkildə cavablandırır. Bu zaman isə uşaqlar həmin pis sözləri öyrənib başqa yerlərdə deyə bilirlər. Bəzən “Tik-tok”çunun başına bir hadisə gələndə hamı üzülür. Onlar öz ailə üzvlərindən çox “Tik-tok”erləri görür və onları özlərinə yaxın bilirlər və onların bir kədəri olanda onu izləyənlər də o acını özlərində hiss edirlər. Çünki biz sevdiyimiz insanlara vaxt ayırmırıq. Telefon buna imkan vermir.

Əvvəllər bizə gözəl ailəsi, həyatı, yaradıcılığı, xüsusi istedadı olan insanları misal göstərirdilər. Amma indi söyüş söyən, təhqir edən, alçaldan adamalara pərəstiş edilir. Sanki məşhurluğun standartları insanlar tərəfindən dəyişib. Artıq cılız, dar çərçivədə olanlara pərəstiş edilir”.

@_leman.41_41 #keşfet #fyp ♬ orijinal ses - Leman Fan

Xatırladaq ki, “Tik-tok” platforması öz vətəni olan Çin də belə ciddi qadağalar altındadır. Belə ki, yetkin insanlar gecə 22:00-dan səhərə kimi “Tik-tok”a daxil ola bilmirlər. Uşaq və yeniyetmələrin isə “Tik-tok”a girməsinə birbaşa nəzarət edilir və 15 yaşdan aşağı uşaqların bu platformaya çıxışına gündə cəmi 40-45 dəqiqə imkan verilir.

Bu sosial şəbəkəyə Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada yalnız xüsusi “VPN” vasitəsilə daxil olmaq mümkündür.

Paylaş:
2585

Sizin üçün xəbərlər

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər